ABŞ Prezidenti Donald Tramp federal hökumətin hazırda qismən dayandırılmış fəaliyyətinin bərpasına çox yaxın olduqlarına əminliyini ifadə edib.

Bu barədə ABŞ lideri Ağ Evin jurnalistlərinə açıqlamasında bildirib.

"Görünür, biz şatdaunun başa çatmasına çox yaxınlaşmışıq", – deyə o vurğulayıb.

ABŞ Konqresinin Senatında respublikaçıların çoxluq lideri, Cənubi Dakota ştatından olan Con Tyun daha əvvəl bildirmişdi ki, hər iki partiyanın qanunvericiləri hökumətin fəaliyyətinin bərpası ilə bağlı razılığa yaxınlaşıblar.

.