ABŞ hərbçiləri daha başqa ölkələri bərpa etməyəcəklər.

Bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.

O, qeyd edib ki, Birləşmiş Ştatların hərbçiləri bundan sonra "yad münaqişələri həll etməyəcəklər”.

Onun sözlərinə görə, rəsmi Vaşinqton əsgərin vəzifəsinin ABŞ-ı xarici düşmənlərdən müdafiə etmək və qətiyyətlə qorumaq kimi əsas prinsiplərinə qayıdır.

"Biz sonsuz müharibələr erasını bitiririk", - Nyu-York ştatında Vest Poynt Hərbi Akademiyasının məzunları qarşısında çıxış edən ABŞ lideri deyib.

Tramp bildirib ki, "ABŞ-ın həyati əhəmiyyətli maraqların müdafiəsinə aydın baxışı öz yerinə qayıdıb". O əlavə edib ki, "uzaq ölkələrdə hətta çox insanların eşitmədikləri qədim münaqişələr Amerika qoşunlarının vəzifələrinə daxil deyil".

"Biz bu dünyanın polisləri deyilik. Amma qoy düşmənlərimiz bilsin ki, əgər xalqımıza təhlükə törətsələr, biz heç vaxt, heç vaxt tərəddüd etməyəcəyik. Və nə vaxt ki, biz vuruşacağıq, yalnız qalib gəlmək üçün vuruşacağıq", - prezident deyib. 

.