ABŞ Prezidenti Donald Tramp aprelin 21-də yeni növ koronavirus pandemiyası ilə əlaqədar olaraq ABŞ-a immiqrasiyanı müvəqqəti olaraq dayandırmaq niyyətində olduğunu bildirib.

Amerikalı lider bu barədə özünün "Twitter” səhifəsində yazıb.

"Görünməz düşmənin işğalı, eləcə də gözəl Amerika vətəndaşlarımızın iş yerlərini qorumaq üçün ABŞ-a immiqrasiyanı müvəqqəti dayandırmaq üçün bir sərəncam imzalayacağam!”, - deyə Vaşinqton administrasiyasının rəhbəri öz paylaşımında qeyd edib.
.