ABŞ prezidenti Donald Tramp şəxsi "Tvitter" səhifəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışıqlarının təfərratını açıqlayıb.
Ərdoğanla telefon danışığı zamanı Orta Şərqdə sülhün bərpası istiqamətində müzakirələr apardığını deyən Tramp ABŞ-ın səhv etdiyini etiraf edib:
"Etiraf edirəm ki, ABŞ-ın Yaxın Şərq sərhədlərinə daxil olması əzəldən yanlış addım olub. Bu səhv özü ilə bərabər ardıcıl bir neçə yanlış siyasi addım da gətirdi. Həmin səhvlər trilyonlarla dollar və çoxsaylı insan ölümlərinə səbəb oldu”.
Xatırladaq ki, iki prezident arasındakı telefon danışığı ABŞ liderinin təşəbbüsü ilə baş tutub.
.
