Türkiyənin Trabzon vilayətinin Maçka rayonu ərazisində polis əməkdaşları atəşə tutulub.
 
APA-nın İHA-ya istinadən verdiyi məlumata görə, hadisə bu gün səhər yerli vaxtla saat 08.45-də baş verib. Yolda təhlükəsizliyi təmin edən polis əməkdaşlarına meşəlik ərazidən atəş açılıb. Nəticədə 4 polis və 1 mülki şəxs yaralanıb.
 
Hadisə yerinə əlavə qüvvə və ambulanslar göndərilib. Atəş açanları yaxalamaq üçün keçirilən əməliyyatda silahlı vətəndaşlar da iştirak edir.
 
.