Biləsuvar sakini toyda qəfil vəfat edib.
Rayonun Nərimankənd kənd sakini, 1962-ci il təvəllüdlü Cavanşir Məmmədov şadlıq saraylarının birində yaxın qohumunun toy mərasimində çıxış edərkən halı qəflətən pisləşib. O, anidən yerə yıxılıb və dünyasını dəyişib.
İlkin məlumata görə, 61 yaşlı şəxs ürəktutmadan həyatını itirib.
.