Suriyanın Haseke şəhərində baş verən partlayış nəticəsində tələfat göstəricisi artıb.

Yenizaman.az ATV.az-a istinadən bildirir ki, toy şənliyi zamanı partlayıcı qurğunun işə düşməsi zamanı azı 30 nəfər həlak olub, 90 yaralı var. Onlardan bir çoxunun vəziyyəti ağır qiymətləndirilir. Bildirilir ki, kamikadze toy şənliyinin təşkil olunduğu zala girərək, üzərindəki partlayıcı qurğunu işə salıb.Yerli xəbər agentlikləri hücumun İŞİD terror qruplaşması tərəfindən təşkil olunduğunu yazır.

Qeyd edək ki, ərəb, kürd və xristianların yaşadığı Haseke şəhərinin bir hissəsi PYD, digər hissəsi isə hökumət qüvvələrinin nəzarətindədir.
.