Tovuzda yaşayış məskəninin 3-5 metrliyində 500 kv.metr ərazidə fəaliyyət göstərən 7 gecə barı sahibləri(fahişəxanalar) "KİMƏ" güvənib, qorxusuz fəaliyyət göstərir?
SAKİNLƏR BİLDİRİR: Qeyd edirik ki, yaşadığımız evlərin bir neçə metrliyində fəaliyyət göstərən bu gecə barları ayrı-ayrı şəxslərə məxsusdur. Onlardan "1001 GECƏ" Həsənov Elman Aslan oğluna, "PRAQA" və "VİKTORİYA" Hüseynov Sahil Səməd oğluna, bir qədər aralıda fəaliyyət göstərən "777" Həsənov Etibar Qəşəm oğluna, "KRAL" Məmmədov Elqam Əliş oğluna, "KOMFORT" Həsənov Vahid İsaq oğluna, " RR KLUB" isə Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Tovuz rayon şöbəsinin sədri Rasim Nağı oğlu Tağıyevə məxsusdur.
Rasim Tağıyev "RR KLUB"-un ona aid olmadığını bildirir. Araşdırmamız nəticəsində məlum oldu ki, "RR KLUB" Yəni RR Rasim + Röyal. (Rasim ata+Röyal oğul) Oranı işlədən də Rasim Tağıyevin qardaşıdır.
Bir sözlə təqribən 500 kv.metr ərazidə ( fotoşəkilə diqqətlə baxın) 7 gecə barı var ki, gecə səhərə kimi müştərilərə hər "növ" xidmətlər göstərilir.
Yaşayış evlərinin 3-5 metrliyində fəaliyyət göstərən bu gecə barlarının axşam saatlarından gecə saat 3-4 radələrinə qədər fəaliyyət göstərmələri qanun pozuntusu və yolverilməzdir. Bu məsələ sakinlərə heç cür rahatlıq vermir.
Axşamlar hər barda təqribən 8-10 "xanım" olur ki, onların da ayrı-ayrı şəhər və rayondan gəldikləri bildirilir. Ən pis hal odur ki, onların bir çoxu azyaşlıdır, 15-16 yaşları olduğu söylənilir. Digər bir məsələ də onların narkotik və içki qəbul etdikdən sonra özlərini idarə edə bilməyərək səs- küy edib sakinləri narahat etmələridir.
Sakinlər bildirirlər ki, dəfələrlə aidiyyəti qurumlara o cümlədən Aşağı Quşçü kənd icra nümayəndəsinə, Aşağı Quşçu kənd Bələdiyyəsinə, Tovuz RPŞ-nə, Tovuz RİH-nə və DİN-nin 102 xidmətinə çoxsaylı şikayətlər ünvanlamışlar. TƏƏSSÜFLƏR olsun ki, şikayətlər nəticəsiz qalıb.
ONA GÖRƏ DƏ BU ŞİKAYƏTÇİLƏR DAXİLİ İŞLƏR NAZİRLİYİNDƏN, İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ İDARƏSİNDƏN və TOVUZ RAYON İCRA HAKİMİYYƏTİ BAŞÇISINDAN TƏCİLİ VƏ TƏXİRƏSALINMAZ TƏDBİRLƏR GÖRMƏLƏRİNİ GÖZLƏYİRLƏR.
V.Axmedov
İCTİMAİ NƏZARƏT "QƏRB REGİON TV"