Tovuzda evin hamamında qızdırıcı partlayıb.
Hadisə rayonun Xatınlı kəndində qeydə alınıb. Hadisə nəticəsində kənd sakini 1996-cı il təvəllüdlü Aytəkin Abbasova bədənin 2-3 dərəcəli yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım edilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
.