Daxili İşlər Nazirliyi (DİN) Tovuzda baş verən qəza ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, Eşqin Qasımov bildirib ki, hadisəsi nəticəsində bir nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Onun sözlərinə görə, qəza ilə bağlı ərazidə nəqliyyatın hərəkətindəki sıxlıq aradan qaldırılıb.

Araşdırmalar nəticəsində məlum olub ki, “VAZ-2107” markalı avtomobil “Mercedes” markalı mikroavtobusla toqquşub.

Hadisə nəticəsində avtomobildə olan sərnişin, Bayramlı kənd sakini 1976-cı il təvəllüdlü Alıyev Asif Mansur oğlu ölüb.

2001-ci il təvəllüdlü Alıyev Mansur Asif oğlu və həmkəndlisi, 1981-ci il təvəllüdlü İsgəndərov Bayram Mahir oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

DİN rəsmisinin sözlərinə görə, mikroavtobusda sərnişin olmayıb və sürücüsü xəsarət almayıb.

.