Tovuzda bıçaqlanma hadisəsi baş verib.
"Report"un məlumatına görə, rayonun Qovlar şəhər sakini, 2000-ci il təvəllüdlü Rəşad Elşən oğlu Hüseynov mübahisə zəminində həmyerlisi, 1995-ci il təvəllüdlü Hüseyn Kəmaləddin oğlu Quliyevə çoxsaylı bıçaq zərbəsi vuraraq ona ağır xəsarətlər yetirib.
Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olaraq qaldığı bildirilir.
Hadisəni törədən şəxs saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 126-cı (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
.
