Tovuz rayonunda baş verən qətl hadisəsinin bəzi təfərrüatı məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, Tovuz rayonunun Hacıalılı kəndində qətlə yetirilən 1998-ci il təvəllüdlü Nuranə Əhmədova hadisəni törətməkdə şübhəli bilinən əri, 1992-ci il təvəllüdlü Nicat Əhmədovun bibisi qızı olub.

Ailədə əvvəllər də mübahisə düşdüyü bildirilir. Hadisənin qısqanclıq zəminində törədildiyi ehtimal edilir.

N.Əhmədova evdar qadın olub, əri isə gündəlik muzdlu işlərdə çalışıb. Cütlüyün üç övladı var.

Artıq hadisəni törətməkdə şübhəli bilinən N.Əhmədov saxlanılıb.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

***

Tovuzda qətl hadisəsi baş verib.

Hadisə rayonun Əlibəyli kəndində qeydə alınıb.

Əlibəyli kənd sakini, 1992-ci il təvəllüdlü Əhmədov Nicat həyat yoldaşı Nuranə Əhmədovanın boğazını kəsərək qətlə yetirib.
DİN-in mətbuat xidmətinin əməkdaşı Eşqin Qasımov bildirib ki, qətli törədən şəxs Tovuz RPŞ əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Tovuz rayon prokurorluğunda cinayət işi açılıb.

.