Noyabrın 12-də Tonqa Krallığının Baş naziri Siaosi Ofakivahafolau Sovaleni BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.
Yenizaman xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Tonqa Krallığının Baş nazirini elm və təhsil nazirinin müavini Həsən Həsənli və digər rəsmi şəxslər qarşılayıblar.
.