ATƏT Azərbaycanla əməkdaşlığı genişləndirmək və inkişaf etdirmək niyyətindədir.

Bu barədə jurnalistlərə Bakıda səfərdə olan ATƏT-in baş katibi Tomas Qreminger məlumat verib.

"Azərbaycan ATƏT-ə üzv dövlətlər arasında güclü ölkələrdən biridir və bir çox layihələrimizdə yaxından iştirak edir. Odur ki, biz də Azərbaycanla bir çox sahələrdə əməkdaşlığı inkişaf etdirmək və daha da genişləndirmək niyyətindəyik", - T.Qreminger deyib.

Baş katib Azərbaycanda keçirdiyi görüşlərdə Xəzər dənizinin ekoloji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq, terrorçuluğa və ekstremizmə qarşı mübarizə kimi məsələlərin müzakirə olunduğunu diqqətə çatdırıb.
.