Azərbaycan millisi Tokio-2020 Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb.
Roman Saley üzgüçülük yarışlarında özünün üçüncü mükafatını əldə edib.
Milliləşən legioner 100 m məsafəyə batterflyay üsulu ilə üzməkdə fərqlənib. O, 57,81 saniyə göstərici ilə birinci yeri tutub. Bunadək brass və sərbəst üsulla 100 m üzməkdə çempion adını qazanan Saley aktivinə 3-cü qızıl medalı yazdırıb.
Bununla da Azərbaycan millisinin Tokio-2020-dəki medal sayı 17-yə çatıb. Bunlardan 12-i qızıl, 1-i gümüş, 4-ü bürüncdür.