Tokio-2020 Yay Olimpiya Oyunları start götürüb.

Apasport.az saytının məlumatına görə, Yaponiyanın paytaxtındakı yarış rəsmi açılış mərasiminin keçiriləcəyi iyulun 23-dən iki gün əvvəl başlayıb.

Bu gün Bakı vaxtı ilə saat 9:00-da Olimpiadada ilk start fiti verilib. İlk olaraq meydana qadınlardan ibarət softbol komandaları çıxıb. Günün, həm də Oyunların ilk matçında Avstraliya ilə Yaponiya üz-üzə gəlib.

Bu gün softbolçuların yarışında daha iki oyun keçiriləcək. Həmçinin futbol turniri 6 matçla başlayacaq. İdman gimnastikasında kişilər isə ilk podium məşqinə çıxacaq.

.