Azərbaycan Tokio-2020 Yay Paralimpiya Oyunlarda daha bir qızıl medal qazanıb.

Millimizin heyətində Elvin Astanov çempionluq sevinci yaşayıb.

O, nüvə itələmə yarışında 8,77 m nəticə ilə birinci yeri tutub və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Astanov bu göstərici ilə yeni dünya rekordu da müəyyənləşdirib.

Bununla da Azərbaycan millisinin heyətində medalların sayı 10-a çatıb. Komandamızın aktivində 8 qızıl, 2 bürünc mükafat var.

.