Xəzər dənizinin qorunması ekoloji balans və biomüxtəliflik üçün mühüm əhəmiyyət kəsb edir.

Bu barədə ölkə Prezidenti Kasım-Jomart Tokayev bu gün Astanada keçirilən regional ekoloji sammitdə bəyan edib.

Dövlət başçısı vurğulayıb ki, Xəzər regionunda hər hansı hərbi güc tətbiqi istisna edilməli və qadağan olunmalıdır.

"Xəzər dənizinin qorunması regionun ekoloji balansı, biomüxtəlifliyi və dayanıqlılığı üçün həlledici əhəmiyyətə malikdir. Bununla əlaqədar Qazaxıstan Xəzər dənizinin daha da deqradasiyaya uğramasının qarşısının alınması üçün dövlətlərarası proqram təşəbbüsü ilə çıxış edib və regional əməkdaşlığın inkişafı üçün elmi-tədqiqat institutu təsis edib", - Tokayev bildirib.

Prezident həmçinin maraqlı tərəfləri unikal təbii "xəzinə"nin qorunması səylərini dəstəkləməyə çağırıb.

.