Gürcüstanla Qazaxıstan arasında sıx əməkdaşlıq regionda davamlı artım və sabitliyin əldə olunması üçün mühüm əhəmiyyət kəsb edir.
Bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Astanada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə danışıqların nəticələrinə dair sosial şəbəkələrdə bildirib.
"Mən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə iki ölkə arasında qarşılıqlı maraq doğuran sahələrdə çoxşaxəli tərəfdaşlığa dair səmərəli danışıqlar apardım. Qazaxıstan tərəfinin əməkdaşlığın dərinləşdirilməsinə olan marağına görə minnətdaram", - İ.Kobaxidze qeyd edib.
.