Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin xarici siyasət konsepsiyasının yenilənməsinin zəruriliyini bəyan edib.
Yenizaman Qazaxıstan Prezident Aparatının (Ak Orda) mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə Tokayev ölkənin sosial-iqtisadi inkişafına dair müşavirədə çıxışı zamanı bildirib.
Qazaxıstan lideri hökumət tərəfindən ölkənin xarici siyasətinin konsepsiyasının, eləcə də milli təhlükəsizlik strategiyasının yenilənməsinin zəruriliyini vurğulayıb:
“Milli təhlükəsizliyin təmin edilməsi üçün tamamilə yeni yanaşmalar tələb olunur. Ona görə də müvafiq strategiya yenilənməlidir. Ölkənin xarici siyasət konsepsiyasının vaxtilə tamamilə fərqli geosiyasi şəraitdə qəbul edildiyini nəzərə alsaq, yenilənməyə ehtiyac var”.
Tokayevin sözlərinə görə, dünya böyük dəyişikliklərə məruz qalıb:
“Bu səbəbdən də daxili təhlükəsizlik, müdafiə qabiliyyətinin gücləndirilməsi, Qazaxıstanın və bütün Mərkəzi Asiya regionunun beynəlxalq aləmdə nüfuzunun artırılması məsələlərinə xüsusi diqqət yetirilməlidir”.
.
