Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və özbəkistanlı həmkarı Şavkat Mirziyoyev aprelin 11-də Buxarada qeyri-rəsmi görüş keçirəcəklər.

Bu barədə Akorda məlumat yayıb.

Bildirilib ki, iki ölkənin liderləri strateji tərəfdaşlığın möhkəmləndirilməsi perspektivlərini və regional gündəlikdəki aktual məsələləri müzakirə etməyi planlaşdırırlar.

.