Tokayev İran Prezidenti ilə telefonla danışıb.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev İran İslam Respublikasının yeni seçilmiş Prezidenti Məsud Pezeşkiyanı qələbə münasibətilə təbrik edib. Söhbət zamanı iki ölkə başçısı Qazax-İran münasibətlərinin daha da möhkəmlənməsində qarşılıqlı niyyətini təsdiqləyib.
Tərəflər ticari-iqtisadi, nəqliyyat-logistika və mədəni-humanitar sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivlərini müzakirə ediblər. Həmçinin regional və beynəlxalq gündəliyin aktual məsələlərinə dair fikir mübadiləsi aparılıb.
.