Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev hər gün yoqa ilə məşğul olduğunu bildirib.
Tokayev bu barədə “Turkistan” qəzetinə müsahibəsində danışıb.
Ümumilikdə səhhəti barədə jurnalistin sualını cavablandıran Qazaxıstan lideri sağlamlığına dair şikayətinin olmadığını qeyd edib.
Bununla yanaşı, o, MDB ölkələri arasında kimin fiziki hazırlığına görə fərqləndiyindən danışıb.
Tokayev vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev fiziki cəhətdən güclüdür və daim məşq edir: “Sadır Japarov futbol oynayır, Şavkat Mirziyoyev də yaxşı formadadır, məşq edir. Paşinyan velosipedçidir. Lukaşenko isə hələ də hokkey oynayır. Emoməli Rahmon da səhhətindən şikayət etmir”.
Onun sözlərinə görə, bütün həmkarları yaxşı formadadır.
.
