Qazaxıstan Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması ilə bağlı danışıqların aparılması üçün Almatı platformasını təqdim etməyə hazırdır.
Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ermənistan prezidenti Vaaqn Xaçaturyanla danışıqlar zamanı deyib.
Bundan başqa, tərəflər ticari-iqtisadi, nəqliyyat və logistika, kənd təsərrüfatı, maliyyə, mədəni-humanitar, o cümlədən rəqəmsallaşma sahələrində əməkdaşlığın gücləndirilməsi perspektivlərini müzakirə ediblər.
Həmçinin regional və beynəlxalq gündəlikdəki aktual məsələlər də nəzərdən keçirilib
.