Türkiyənin Bursa vilayətində "TOFAŞ” avtomobil şirkətinin əməkdaşları tətil elan ediblər.
"Trend" "Milliyet” qəzetinə istinadən xəbər verir ki, şirkət işçiləri əmək haqqının az olmasına etiraz edirlər.
Aksiyada iştirak edənlərin sayı 4,5 minə çatıb.
Qeyd edək ki, dünən elə bu vilayətdə "Renault” şirkətinin əməkdaşları da əmək haqqının az olmasına görə işlərini dayandırmışdılar.

.