"2021-ci ilin dövlət büdcəsindən təhsil xərclərinin statistikası onu göstərir ki, biz daha çox mövcud vəziyyəti qoruyub saxlamağa yönəlmişik".

Bunu təhsil nazirinin müavini İdris İsayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

O bildirib ki, təhsilin keyfiyyətinin artırılmasına da vəsait xərclənib, amma bu, qənaətbəxş deyil.

Bir nəfərin təhsil almasına sərf olunan orta xərc açıqlanıb

2021-ci ildə bir nəfərin təhsil almasına sərf olunan orta xərc 1767 manat olub.

Bunu təhsil nazirinin müavini İdris İsayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

O bildirib ki, bu göstərici inkişaf etmiş ölkələrlə müqayisdə dəfələrlə aşağıdır:

"Təhsil xərcləri artmalıdır. Növbəti illərdə biz bunu nəzərdə tuturuq".

.