"Bağçalara elektron qəbul iyul ayında başlayacaq".

Bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev bildirib. Onun sözlərinə görə, elektron qəbula müəyyən bölgələrdən başlanılacaq:

“Amma ümumilikdə bunun sentyabrın əvvəlinə qədər bütün ölkəni əhatə etməsini planlaşdırırıq. Bütün valideynlərə bərabər şərait yaradılması üçün onlar vahid sistemdən qeydiyyatdan keçib övladları üçün müvafiq ərazidə bağça seçib yer əldə edə bilərlər. Bu prosesdə köməkliyə ehtiyac olsa, dəstək üçün bir sıra mərkəzlər təşkil olunacaq”.

Şöbə müdiri: “Elektron qəbul yalnız dövlət bağçalarına aiddir”

Elektron qəbul vasitəsilə qeydiyyat prosesi yalnız dövlət məktəbəqədər təhsil müəssisələrinə aiddir.

Bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev bildirib. Onun sözlərinə görə, özəl məktəbəqədər təhsil müəssisəsinə qəbul onların öz qaydalarına müvafiq aparılır.

Şöbə müdiri deyib ki, məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi qəbulu da müəllimlərin işə qəbulu sistemi ilə aparılacaq:

"Mövcud qanunvericiliyə görə ali təhsilli ibtidai sinif müəllimi də bağçada işləyə bilər. Məktəbəqədər təhsil müəssisələrinə qeydiyyat zamanı valideyn yalnız bir bağça seçə bilər. Eyni zamanda tərbiyəçinin seçilməsi də sistem tərəfindən həyata keçirilir".

.