ABŞ-ın dövlət katibi Reks Tillerson və Rusiyanın xarici işlər naziri Serqey Lavrov Nyu-Yorkda görüş keçirib.

Amerikanın təşəbbüsü ilə BMT Baş Məclisinin 72-ci sessiyası çərçivəsində keçirilən görüş 45 dəqiqə davam edib. Ehtimal olunur ki, görüşdə Suriya məsələsi, Ukraynadakı vəziyyət, KXDR-nın raketləri işə salması və iki ölkə arasındakı digər problemlər müzakirə olunub.
Rusiyanın BMT-dəki daimi nümayəndəliyində keçirilən görüş mətbuata qapalı keçirilib.
Xatırladaq ki, sentyabrın 16-da Lavrov və Tillerson arasında telefon danışıqları olmuşdu. Tərəflər Suriya və Ukraynadakı son durumları müzakirə etmişdilər.
ABŞ prezidenti Donald Trampın bu il ilk dəfə qatılacağı BMT-nin Baş Assambleyasında Rusiya prezidenti Vladimir Putin ardarda ikinci dəfədir ki, iştirak etməyəcək. Nyu-Yorkda Rusiya Federasiyasının maraqlarını Serqey Lavrov müdafiə edəcək.

.