İsveçin paytaxtı Stokholmda ilin ən gözlənilən hadisələrindən biri - Nobel həftəsi başlayıb.

Bu gün İsveçin paytaxtı Stokholmda 2018-ci il Nobel həftəsi çərçivəsində tibb və fiziologiya üzrə mükafat təqdim olunub.

Bu il bu mükafatı amerikalı immunoloq Ceyms Allison və yaponyalı immunoloq Tasuko Honco əldə edib.

Onlar xərçəngin müalicəsində yeni immun terapiya üsulunu kəşf etdikləri üçün mükafata layiq görülüb.

Qeyd edək ki, oktyabrın 2-i fizika, oktyabrın 3-ü kimya üzrə Nobel mükafatları təqdim olunacaq.

Qalibin seçimi və hətta namizədlərin adları çox gizli saxlanılır. Siyahıda ümumilikdə mükafat almağa 300-dən çox namizədin adı var.

Diqqət ənənəvi olaraq Norveçin paytaxtı Osloda təqdim ediləcək Nobel Sülh Mükafatına yönəlib. Bu il şort-listdə Almaniya kansleri Angela Merkel, ABŞ Prezidenti Donald Tramp, KXDR lideri Kim Çen In və məşhur aktyor Corc Kluninin hüquqşünas və hüquqları müdafiəçisi həyat yoldaşı Amal da yer alıb.
.