"Təzə bazar”ın ləğv edilməsi barədə məlumat yayılıb. Məlumatda bildirilir ki, "Təzə Bazar" MMC ləğvetmə prosesinin başlandığını elan edib.

"Təzə Bazar”dan Publika.az-a bildirdilər ki, bazarın ləğv edilməsi məlumatı doğru deyil.
"Sadəcə olaraq "Təzə bazar” MMC ləğv edilib. Bazar fəaliyyətini davam etdirir. Bazarın işində heç bir problem yoxdur”.
Qeyd edək ki, bazar 2000-ci ilin əvvəlində səhmləşmə yolu ilə özəlləşdirilib. Sonra səhmdar cəmiyyəti ləğv edilib və minoritarlar səhmlərini iri səhmdarlara satıb.
.