Çərşənbə günü BƏƏ paytaxtı Əbu-Dabidən İndoneziyanın paytaxtı Cakartaya uçan "Etihad" aviaşirkətinə məxsus təyyarə Cakarta hava limanına enişə 45 dəqiqə qalmış güclü turbulentlik zonasına daxil olub.
Virtualaz.org bildirir ki, təyyarənin göyərtəsində olan sərnişinlər dəhşət dolu anlar yaşayıblar.
Hadisələrin şahidinin birbaşa təyyarənin göyərtəsindən çəkdiyi videogörüntüləri nəzərinizə çatdırırıq.
Qeyd edək ki, hadisə nəticəsində 31 sərnişin xəsarət alıb.
