“Hazırda ölkədə epidemioloji vəziyyət müsbətə doğru gedir. Yoluxma sayında azalma müşahidə olunur”.

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov deyib.

O bildirib ki, sağalan insanların sayı yeni yoluxanları üstələyib: “Bu, xəstəxana yükünün azlamasında özünü göstərir. Bunlar müsbət dinamikadan xəbər verir. Yoluxmaların daha çoxu Bakı şəhərində olur”.

.