 
                            Azərbaycan şahmatçısı Teymur Rəcəbov Moskvada “Şahmat ulduzları 4,0” turnirində iştirak edir.
Yenizaman İdman.biz-ə istinadən xəbər verir ki, təmsilçimiz iki günün nəticəsinə görə 4 xal toplayıb.
Teymur rapid üzrə turnirdə bu gün 3 partiyada yarışıb. Yekaterinə Laqnoya qalib gələn Rəcəbov Hou Lifan və Sergey Karyakinlə xalları yarıya bölüb. Nəticədə hesabına dünən olduğu kimi 2 xal yazdıran şahmatçımız yalnız Vladislav Artemyevdən (5,5 xal) geri qalır.
Qeyd edək ki, sabah rapiddə mübarizəyə yekun vurulacaq. İyulun 1-2-də blitsdə ən güclülər bəlli olacaq.
. 
                        
                        
 
                     
                    