Xəzər TV-nin keçmiş aparıcısı, ASAN radionun əməkdaşı Cəlalə Nəzəroğlu sosial şəbəkədə "Fresko” Supermarketindən şikayətlənib.

AzNews.az xəbər verir ki, aparıcı şənbə günü təndir çörəyinin içindən konfet kağızı çıxdığını qeyd edib: "Apardım, təsdiqlədilər. O gün təmizlikçi xanımın aldığı bulkanın bir tərəfindən xəmir süzlürüdü. İndi də 2 gündən qalma pirojkini satıblar. Yeni adı ilə verdiklərinin isə əti zəhər kimi acıdır.

Əgər baş ofisin telefonuna bir bəni-insan cavab versəydi, bu mövzu sosiallaşmazdı. Şirkətin telefonuna cavab vermək üçün birinə 300 manat versəniz, kifayətdir. Mahşallah, bu qədər pul qazanırsınız. Müştərinin mədəsi zibilliik deyil!” 

.