Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun statusunun dəqiqləşdirilir.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçiriləcək iclasında müzakirəyə çıxarılacaq “Dövlət borcu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, Azərbaycan Respublikasının dövlət borcuna xidmət xərclərinin müvafiq büdcə ili üçün dövlət büdcəsində nəzərdə tutulandan artıq olan hissəsinin və dövlət zəmanəti üzrə öhdəliklərin yerinə yetirilməsini təmin etmək üçün hüquqi şəxs yaratmadan təsis edilmiş büdcədənkənar dövlət fondu Təminat Fondu yaradılır.

Qeyd edək ki, hazırda Təminat Fondu Azərbaycan Respublikasının dövlət büdcəsinin tərkibində məqsədli büdcə fonddur.

.