Fizika, riyaziyyat və informatika təmayüllü liseylər ölkədə istedadlı şagirdlərin yetişdirilməsi, olimpiadalara hazırlanması, gələcək elm və texnologiya kadrlarının formalaşdırılması üçün yaradılıb. Kağız üzərində bu liseylər “elit”, “nümunəvi”, “strateji” təhsil müəssisələri kimi təqdim olunur.
Bəs reallıqda nə baş verir?
Son iki tədris ilində adıçəkilən liseydə baş verənlər göstərir ki, təmayül anlayışı formal etiketə, idarəetmə isə şəxsi maraqlar müstəvisinə keçirilib. Direktor əvəzi, II qrup əlil Elçin Məmmədov bu qədər qanunsuzluq edərkən kimə arxayındır? Elçin Məmmədova kim "yaşıl işıq" yandırır. Bir Liseyi əgər bu qədər qanunsuzluq və özbaşınalıqla idarə edirsə, buna kim susur, niyə susur?
1. Alimin liseydə yeri olmadı?
Kimya müəllimi, dosent, 4 ixtira patenti, 4 müəlliflik şəhadətnaməsi olan, MDB ölkələrinin alimləri tərəfindən müsbət rəy almış, Mendeleyev cədvəlinin şagirdlər üçün sadələşdirilmiş modelini hazırlayan Firudun Quliyev…
Belə bir alimlə əmək müqaviləsi uzadıldığı halda, sonradan ərizəsi “alınaraq” işdən çıxarılır. Müəllim məhkəməyə müraciət etdikdə isə “xahiş-minnət” yolu ilə məsələ ört-basdır edilir.
Sual açıq qalır:
Təmayül liseyində alimə yer yoxdursa, kimə var?
2. Azərbaycan dili dərs bölgüsü: qanun kənarda qaldı
Qaydalara əsasən hər bir müəllim minimum 18 saat dərs yükü ilə təmin edilməlidir.
Amma liseydə:
5 Azərbaycan dili müəllimindən 3-nün dərs yükü 10, 12 və 17 saatdır;
Eyni zamanda direktor əvəzi özünə 12 saat dərs götürüb.
Bu artıq sadəcə pozuntu deyil, açıq-aşkar qanunsuzluqdur.
3. Riyaziyyat: təmayül fənni, amma paradoksal idarəetmə
Liseydə 17 riyaziyyat müəllimi var.
Onlardan:
yalnız 6 nəfərin dərs yükü 18 saatdan yuxarıdır;
digərlərinə 14–16 saat dərs verilib;
buna baxmayaraq, 3 yeni riyaziyyat müəllimi müqavilə ilə işə götürülüb.
Daha da maraqlısı:
müəllimlərdən biri MİQ-də cəmi 67% nəticə göstərib (halbuki liseylərə 90%+ tələb olunur);
digəri isə ümumiyyətlə pedaqoji təhsilli deyil, ixtisasca mühəndisdir, MİQ-də iştirak etməyib.
Üstəlik, təmayül fənlər üzrə direktor müavininin də 8 saat dərs yükü var.
Halbuki daimi müəllimlərin dərs yükü normaya çatmadan: yeni müəllim götürmək olmaz
müavinlərə dərs vermək olmaz
4. Tibb bacısı ilə qanun savaşı
Liseyin tibb bacısı Mətanət Məmmədovanın SİMA-da müqaviləsi dəyişdirilərək 40 saat işləməyə məcbur edildiyi bildirilir.
Halbuki qanunvericiliyə əsasən tibb işçilərinin iş vaxtı 36 saatdır.
Bu məsələ hazırda da münaqişəli vəziyyətdə davam edir.
5. Bir nəfər – neçə vəzifə?
Direktor əvəzi, II qrup əlil Elçin Məmmədov:
ixtisasca Azərbaycan dili və ədəbiyyat müəllimidir;
eyni vaxtda:
tədris üzrə direktor müavini,
direktor əvəzi,
baş tərbiyəçinin işini əvəz edən şəxs,
12 saat dərs deyən müəllim,
Dilçilik İnstitutu ilə əməkdaşlıq edən mütəxəssisdir.
Bu qədər vəzifəni eyni vaxtda icra etmək: effektiv idarəetmədir, yoxsa səlahiyyətlərin təhlükəli şəkildə cəmləşməsi?
Liseydirsə, niyə bu gündədir?
Olimpiadalardan danışanda deyilir:
“Aparın təmayül liseyinə, orada hazırlaşsın.”
Bəs bu lisey:
qanunsuz dərs bölgüsü,
MİQ qaydalarının tapdanması,
pedaqoji təhsili olmayanların işə götürülməsi,
alimlərin kənarlaşdırılması fonunda
necə nümunə ola bilər?
Bu halda haqlı sual yaranır:
Belə idarə olunan müəssisənin lisey adlanmasının nə mənası var?
Davamı var…
Sonda bildiririk ki, əməkdar müəllim, riyaziyyat müəllimi Əhmədov Zabul Habil oğlu ilə bağlı problemi daha geniş şəkildə növbəti yazımızda təqdim edəcəyik.
Gözünüz bizdə olsun.(tehsil.media)
.
