Rusiya Baş Prokurorluğu azərbaycanlı iş adamı Telman İsmayılovun Rusiyaya təhvil verilməsi ilə bağlı sorğu hazırlamağa başlayıb.

Rusiya Baş Prokurorluğunun mətbuat xidməti verdiyi xəbərə görə, Telman İsmayılovun ekstradisiyası üçün Çernoqoriya prokurorluğu ilə əməkdaşlıq aparılır.

“Rusiya Federasiyası Baş Prokurorluğu beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş qaydada Çernoqoriyanın səlahiyyətli orqanları ilə qarşılıqlı əlaqə qurur. Hazırda Telman İsmayılovun Rusiya Federasiyasına ekstradisiyası üçün sorğunun hazırlanması işləri aparılır”, - məlumatda qeyd olunub.

Xatırladaq ki, Çernoqoriyanın Podqoritsa məhkəməsi oktyabrın 2-də Telman İsmayılovun barədə həbs qərarı çıxarıb. Rusiya tərəfinin sorğusu əsasında saxlanılan azərbaycanlı iş adamı iki sahibkarın qətlinin təşkilində günahlandırılır.

.