39 AZN İŞTİRAK HAQQI LƏĞV EDİLMİŞDİR!

Azərbaycan Diplomatiya Mərkəzi tərəfindən həyata keçirilən “GÜCÜMÜZ HƏMRƏYLİYİMİZDİR” layihəsi çərçivəsində Azərbaycan Respublikasında fəaliyyət göstərən dövlət və özəl təhsil müəssisələrində təhsil alan tələbələrin illik təhsil haqqı xərclərinin ödənilməsi ilə bağli müsabiqəyə sənəd qəbulu davam edir. Məlumat üçün bildiririk ki, bu layihə çərçivəsində 2020-ci ildə kolleclərdən müraciət edən 200 tələbədən məqbul rəy alan 170 nəfərin illik təhsil haqqı xərcləri Azərbaycan Diplomatiya Mərkəzi tərəfindən ödənilmişdir. Bundan əlavə, bakalavriat və magistratura pillələrində təhsil alan 850 tələbəyə məqbul rəy verilərək ödənişləri mərhələ ilə icra ediləcək.

Qeyd: Müsabiqəyə sənədlərini təqdim edən tələbə hər iki semestr üçün müraciət edə bilər (yaz və qış semestri).

#Müsabiqədə kimlər iştirak edə bilər:

Müsabiqədə iştirak etmək üçün 10 meyardan ən azı 2-si tələbəyə uyğun olmalıdır.

– Ailədə valideynlərinin birini və ya hər ikisini itirdikdə.

– Ailədə valideynlərinin biri və ya hər ikisi işsiz olduqda;

– Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş və veteran statusu almış şəxsin övladı olduğu halda;

– Sosial baxımdan aztəminatlı ailə olduqda (ailənin aylıq gəlirinin 600 manat miqdarından çox olmamaq şərti ilə).

– Tələbə I, II və ya III dərəcəli əlil olduqda.

– Valideynlərdən biri və ya hər ikisi I, II və ya III dərəcəli əlil olduqda.

– Ünvanlı dövlət-sosial yardımı alan ailənin üzvüdürsə;

– Valideynlərdən biri və ya hər ikisi yaşa görə əmək pensiyası alırsa;

– Tələbənin akademik göstəriciləri 91 və daha yüksək (100 ballıq sistem üzrə) olarsa;

– Tələbənin ödədiyi illik təhsil haqqı 4500 manatdan çox deyilsə;

– Ailədə valideynlərinin biri və ya hər ikisi işsiz olduqda.

#Sənəd qəbulu üçün son tarix : 30.06.2021

#Qeydiyyat:

www.sosialtelebe.org

.