2017-ci ilin büdcəsi ilə bağlı qanun layihəsini və icmal büdcəyə dair təqdimat yeniləndikdən sonra Maliyyə Nazirliyinin saytında yerləşdirilib. İqtisadçı ekspert Rövşən Ağayev sosial şəbəkədə köhnə variantla müqayisədə yenilənmiş versiyada əsas dəyişiklikləri paylaşıb. Dəyişikliklər bunlardır:
Azaldılan xərclər:
1) Dövlət borcuna xidmət xərcləri -127 milyon manat;
2) Elm xərcləri - 6.8 milyon manat;
3) Naxçıvana dotasiya -11 milyon;
4) Hüquq müfafizə xərcləri - 19 milyon manat;
5) Təhsil xərcləri - 126 milyon manat;
6) Səhiyyə xərcləri - 30.4 milyon manat;
7) Sosial müdafiə xərcləri - 64.7 milyon manat;
8) Mədəniyyət-incəsənət xərcləri - 19.5 milyon manat;
9) İdman xərcləri - 201 milyon manat;
10) Kənd təsərrüfatı xərcləri - 305.5 milyon manat.
11) Sahibkarlığa dəstək - 102 milyon manat;
12) Əsas bölmələrə aid edilməyən xidmətlər - 633.3 milyon manat.
Artırılan xərclər
1) Müdafiə xərcləri 1.027 milyard manat
2) Tikinti xərcləri - 639 milyon manat;
Ümumilikdə ilkin variantla müqaysiədə 15-dək istiqamət üzrə 1.7 milyard manata yaxın bölmə, köməkçi bölmə və paraqraf üzrə xərclər azaldılaraq 2 funksional istiqamət üzrə xərclər həmin həcmdə artırılıb.
Beləliklə gələn il üçün müdafiə xərcləri 1 026 732 804 manat və ya 63,5% artırılaraq 2 642 092 672 manat səviyyəsində proqnozlaşdırılıb. Bu, da ümumi büdcə xərclərinin 16,5 faizini təşkil edir.
Nəzərdə tutulan vəsaitin 1 269 905 140 manatı müdafiə qüvvələri, 111 929 106 manatı milli təhlükəsizlik, 2 642 144 manatı müdafiə və təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar, 1 257 616 282 manatı digər kateqoriyalara aid edilməyən xərclərə dairdir.
Xatırladaq ki, bundan əvvəl tərtib olunan büdcə layihəsinini xərclər strukturunda azalma ən çox özünü müdafiə sahəsində göstərmişdi - ayrılan vəsait 2 228 834 663 manatdan 1 615 359 868 manata enirilmişdi. Bu, ümumi büdcə xərclərinin 9,7 faizini təşkil edirdi. Keçən il də ilkin qəbul olunan qanunda müdafiə xərcləri 1 837 821 237 manat göstərilib, sonradan artırılmışdı. Son dövrlər Azərbaycanın hərbi xərclərinin 5 milyard dollara çatdırılıldığı bildirilirdi.
Bizimyol.info
.
