Təhsil Nazirliyinin həyata keçirdiyi funksiyalar artırılıb.

Bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”də edilən dəyişiklikdə əksini tapıb.

Fərmana əsasən, Təhsil Nazirliyi təhsilverənlərin etik davranış və müəllimlərin işə qəbulu və yerdəyişməsi qaydalarını təsdiq edəcək.

Azərbaycanda inklüziv təhsilin təşkili qaydası hazırlanacaq

Azərbaycanda inklüziv təhsilin təşkili qaydası hazırlanacaq.

Bu, Prezident İlham Əliyevin “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” qanuna dəyişikliyin tətbiqi barədə imzaladığı fərmanda əksini tapıb.

Nazirlər Kabinetinə inklüziv təhsilin təşkili qaydasını üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etmək tapşırılıb.

Qeyd edək ki, İnteqrasiya təlimli təhsil müəssisəsi sağlamlıq imkanları məhdud şəxslərlə sağlam şəxslərin birgə təhsil alması üçün xüsusi şərait yaradılmış ümumi təyinatlı və ya internat tipli təhsil müəssisəsidir.

.