Təhsil Nazirliyində növbəti kadr dəyişikliyi baş verib.

Təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə  Rüfət Əzizov Təhsil İnstitutunun direktoru vəzifəsinə təyin olunub. 

Bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib. Onun sözlərinə görə, Rüfət Əzizov 2003-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində kimya ixtisası üzrə bakalavr, 2017-ci ildə isə ADA Universitetində Biznesin təşkili və idarə edilməsi ixtisası üzrə magistr təhsili alıb. R. Əzizov 2007-ci ildə kimya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb. 

Qeyd edək ki, Təhsil naziri Emin Əmrullayev nazir vəzifəsinə təyinat alana kimi institutunun direktoru vəzifəsində çalışıb.

.