Təhsil naziri Emin Əmrullayev və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva 234 nömrəli tam orta məktəbin "Son zəng"ində iştirak edib.
Tədbirdə çıxış edən nazir deyib ki, “Şuşa İli”nin məzunu olmaq böyük şərəfdir.
Vətən müharibəsindən və Azərbaycan Ordusundan söz açan nazir bildirib ki, məktəbi bitirənlərin bir qisminin işinin işğaldan azad olunmuş torpaqlarda olacağına ümid edir.
Nazir həmçinin qeyd edib ki, bu il 91 min şagird XI, 133 min şagird isə IX sinfi bitirir.
Daha sonra 234 saylı məktəbin adını daşıdığı şəhid Emin Əliyevin anası məzunları təbrik edib.
XI sinif şagirdləri də çıxış ediblər.
.