“Fevralın sonundan başlayaraq yoluxma saylarının artması müşahidə olunurdu”.

Bunu Təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsində “Pandemiya dövründə tədrisin təşkili”nə həsr olunan canlı yayımda bildirib.

O deyib ki, bu şəraitdə müəyyən qərarlar verilməli idi: “Bu zaman həm qısamüddətli, həm də uzunmüddətli hədəflər nəzərə alınıb. Ən vacib olan müəllim və şagirdlərin sağlamlığıdır”.

Emin Əmrullayev: "Gündəlik yoluxmaların 4-6 faizi müəllimlər olur"

"Martın son 3 günü ərzində 61 məktəb distant təhsilə keçmək məcburiyyətində qaldı. Onlardan 24-ü Bakı şəhərinin payına düşürdü". 

Bunu təhsil naziri Emin Əmrullayev bildirib. 

O bildirib ki, qarşıdakı həftələrdə nə olacağı ilə bağlı qeyri-müəyyənlik var: “Hətta bəzi vətəndaşlarımız bu yoluxma sayında belə müəllim və şagirdlərin məktəbə getməsinin tərəfdarıdır. Amma nəzərə alaq ki, gündəlik yoluxmaların 4-6 faizi müəllimlər olur. 

Təxminən 100-ə qədər məktəb personalı gündəlik olaraq koronavirusa yoluxur. Bunun da 80 %-i Bakı, Sumqayıt, Şəki, Gəncə və Abşeronun payına düşür. Bu isə artıq hər gün 10-15 məktəbin bağlanması demək idi. Yəni onsuz da qarşıdakı günlərdə çoxlu sayda məktəb distant təhsilə keçməli idi". 

.