Yaz sessiyasında təhsil tələbə krediti almaq üçün müraciət edən tələbələrin bu günə olan statistikası açıqlanıb.

Təhsil Tələbə Kredit Fondundan verilən məlumata görə, bu günə qədər 4 919 tələbə kredit üçün müraciət edib.

Müraciətlərdən 524-ü natamam olub, 250-si emaldadır, 502-si banka göndərilib. Kredit almaq üçün edilən müraciətdən 400-dən imtina edilib.

Ümumilikdə isə 3 243 tələbəyə kredit verilib. Onlardan 1 129-ü sosial, 2 114-ü isə standart kredit olub.

.