Təhsil İnstitutunun direktoru Rüfət Əzizov alternativ təhsili (repetitorluq) ortaya çıxaran əsas səbəbləri açıqlayıb.

Rüfət Əzizov deyib ki, bu, bir az buraxılış imtahanlarının dizaynı, ora düşən suallarla bağlıdır:

"Biz bunun müəyyən qədər dəyişdirilməsini istəyirik. Məsələn, IV siniflərin monitorinq imtahanlarında qrammatika yox idi. Sadəcə mətnləri oxuyub-anlamaq və buna cavab vermək tələb olunurdu. Mətni oxuyub cavab vermək daha vacibdir, nəinki hansısa qrammatik qaydanı əzbərləmək. Təhsilin məzmununda bu dəyişikliklər olsa, repetitorluğa tələb get-gedə azalacaq. Artıq proses başlayıb. Repetitorluqla birbaşa mübarizə aparmaq mümkün deyil. Uzun da olsa, çətin də olsa, bunun yolu qiymətləndirməni, təhsilin məzmununu dəyişdirməkdir".

.