Təhsil İnstitutu müəllimlərin işə qəbul müsabiqəsinin test imtahanında yüksək bal toplayan namizədlərin müsahibə mərhələsindən kəsilməsi ilə bağlı məsələyə münasibət bildirib.

İnstitutun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli deyib ki, bununla bağlı şikayətlər olur.

“Müsahibə mərhələsində namizədin psixoloji hazırlığı və ya özünü təqdim etməyinə baxılır. Müəllimlər test imtahanına hazırlaşdığı kimi, psixoloji olaraq da hazırlaşmalıdır. Çünki müsahibə zamanı 3 şəxsin qarşısında narahatlıq keçirən, həyəcanlanan şəxs auditoriya qarşısında daha çox həyəcanlanacaq. Ən əsası müəllim özünü rahatlıqla təqdim etməyi bacarmalıdır”, - o vurğulayıb.

.