“Ölkədə vaksinasiyaya tələbata uyğun kifayət qədər vaksin var”.

Bunu TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva “COVID-19” mövzusunda çıxışında deyib. O bildirib ki, bununla yanaşı seçim şansı var: “ İnsanlar 4 vaksindən istədiklərini seçə bilərlər”.

O qeyd edib ki, vaksin vurulması xarici vətəndaşlara da şamil olunur: “Səhiyyə və Xarici İşlər nazirlikləri bu məsələ üzərində aktiv çalışırlar. İstər xarici ölkələrdə yoluxub sağalmış şəxslərin immun sertifikatları, istərsə də hər iki dozanı və ya bir dozanı xaricdə almış, ikincini Azərbaycanda almaq istəyən şəxslərlə bağlı müzakirələr davam edir. Ölkələrarası sənədlərin qarşılıqlı tanınması prosesi üzərində işlənilir. Yaxın zamanda bu haqda qərar qəbul olunacaq”.

TƏBİB rəsmisi bildirib ki, Azərbaycanda daimi yaşamaq və işləmək icazəsi olan xarici vətəndaşlar vaksin vurdura bilərlər.

.