“Azərbaycanın Çindən alacağı 4 milyon doza “Coronovac” vaksinini əldə etmək üçün layihəyə Türkiyə vasitəsilə qoşulmuşduq”.

Bunu TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu departamentinin rəhbəri Yaqut Qarayeva deyib.

O bildirib ki, “Coronovac” vaksininin  üçüncü mərhələ sınaqları Türkiyədə həyata keçirilib: "Türkiyə bu sınaqları öz üzərinə götürmüşdü. Ona görə də Çin bunu nəzərə alaraq Türkiyəyə bu vaksinləri vermişdi. Bilirsiniz ki, vaksinləri əldə etmək çox çətin məsələdir. Hər ölkə də buna nail ola bilmir. Türkiyə bu vasitə ilə Çindən birbaşa vaksin aldı. Biz də Türkiyə vasitəsilə bu layihəyə qoşulmuşduq. Həmin layihə çərçivəsində Çin vaksininin alınması davam etdiriləcək".

Departament rəhbəri bildirib ki, bununla yanaşı, artıq Azərbaycan özü Çinlə birbaşa 5 milyon dozalıq müqavilə bağlayaraq vaksinləri almağa başlayıb.

.