TƏBİB-in tabeliyindəki Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, Zülfiyyə Rzayeva it dişləməsi nəticəsində quduzluq simptomları ilə xəstəxanaya gətirilib.

Bu barədə TƏBİB-dən  bildirilib.

Qeyd edilib ki, ona dərhal ilkin tibbi yardım göstərilib, quduzluq əleyhinə vaksin vurulub. Mərhələli şəkildə 4 doza vaksin vurulsa da, xəstədə quduzluq simptomları inkişaf edib və 1 saylı Uşaq yoluxucu xəstəliklər xəstəxanasına yerləşdirilib və müalicəsi davam etdirlib. Lakin həkimlərin səylərinə baxmayaraq təsdiqlənməmiş quduzluq diaqnozu ilə həyatını itirib.

.