Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubanıçbek Ömüraliyev iyunun 28-də Qırğızıstanda bu ölkənin Prezidenti Sadır Japarov ilə görüşüb.

Bu barədə TDT-dən bildirilib.

Qeyd olunub ki, tərəflər TDT-nin Şuşada keçirilməsi gözlənilən qeyri-rəsmi Zirvə görüşünü müzakirə ediblər.

TDT-yə üzv ölkələr arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində atılan addımlar haqqında Baş katibə məlumat verilib.

Tərəflər strateji əməkdaşlığın inkişafında maraqlı olduqlarını diqqətə çatdırıblar.

.